Bu ilin yanvar ayının ortalarına kimi Azərbaycandan Gürcüstana sütkada 1,8 mln. kVt/s elektrik enerjisi tədarük ediləcək. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətbuat xidmətindən bildiriblər.
Azərbaycandan alınan elektrik enerjisinin hesabına Gürcüstan qıtlıq hiss etməyəcək. Alınan elektrik enerjisi həcmini Gürcüstan yayda hidroelektrik stansiyaları bütün gücü ilə işləyən zaman Azərbaycana geri qaytaracaq.
Elektrik enerjisinin ötürülməsi keçən il noyabrın 29-da bağlanmış razılaşmaya əsasən həyata keçirilir.