...

Azərbaycanda yeni elektrik stansiyası tikiləcək

Energetika Materials 18 Yanvar 2007 15:11 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti və Finlyandiyanın Wartsila şirkəti Səngəçalda 300 MVt gücə malik yeni modul elektrik stansiyasının tikintisi üzrə müqavilə imzalayıblar. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyəti mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda qeyd olunub.

Tikinti işlərində həmçinin ABB İsveç-İsveçrə şirkəti də iştirak edəcək. Tikintinin 2008-ci ilin sentyabrında başa çatacağı nəzərdə tutulub.

Wartsila Səngəçalda modul elektrik stansiyasının qazdan mazuta keçən yeni texnologiya təklif edib və bu, prosesi xeyli sürətləndirəcək. Əvvəl şirkət keçidin 24 saat ərzində həyata keçirilməsini təklif edirdi. Hazırda o, yarım saata qədər endirilib.

Səngəçal rayonunda yeni enerji- generasiya obyektlərinin tikintisi Abşeron yarımadasının elektrik enerjisi ilə keyfiyyətli və fasiləsiz təmin olunması üçün zəruridir. Sumqayıtda və "Şimal" elektrik stansiyasında yeni buxar-qaz qurğularının tikilməsinə baxmayaraq, problemlər qala bilər. Bu, paylayıcı şəbəkələrin ehtiyatının tükənməsi ilə izah olunur. Onlardan bəziləri 25 ildən çox fəaliyyət göstərir. Artıq 60 yaşı olan şəbəkələr var. Bu elektrik stansiyası yanacağın iki növü - qaz və mazutla işləyəcək.

2005-ci ildə "Azərenerji" bu şirkətə ümumi gücü 450 MVt olan beş modul elektrik stansiyası sifariş edib. Bunlardan ikisi (Astara və Şəki rayonlarında) artıq istismara verilib. Qalan üçü ilin sonunadək başa çatacaq. 2005-ci ildə Wartsila dünya üzrə ümumi gücü 1607 MVt olan elektrik stansiyaları quraşdırıb. Onların dəyəri 170 mln. avrodan çoxdur.

Xəbər lenti

Xəbər lenti