...

"Şimal" elektrostansiyasında ikinci BQQ üzrə tenderin vaxtı daha dəyişdirilməyəcək

Energetika Materials 29 Yanvar 2007 17:53 (UTC +04:00)

"Şimal" elektrostansiyasında ikinci buxar qaz qurğusunun inşası layihəsinə namizədlər tenderin müddətinə bütün lazımi sənədləri toplayıb təqdim etməyi çatdırmadılar, bu da tenderin bağlanışının martın əvvəlinə keçirilməsinə səbəb oldu. Trend in verdiyi xəbərə görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyyətinin mətbuat xidmətinin İB-nin vitse prezidenti Marlen Əsgərova istinadən məlumatında deyilir.

Onun sözlərinə görə, indiki halda tender keçirmək üçün iştirakçılar sayı kifayət qədərdir, tender namizədlərin siyahısının dolub-dolmamasından asılı olmayaraq keçiriləcək. Tikinti işlərini bu ilin üçüncü rübündə başlamaq nəzərdə tutulur.

"Azərenerji" Səhmdar cəmiyyəti nominal gücü 400 mVt elektrik stansiyasında, dörd 220 kv LEPdə və 220/110 kV yarımstansiyalarda ikinci buxar qaz qurğusunun layihələşdirilməsi, təhcizatı, tikinti və montajı, sınaqdan keçirilməsi və istismara veriləməsi tenderinin bağlanışının vaxtını dəyişdirib. Layihənin icra müddəti 27 aydır.

Tender təkliflərinin təqdimetməsinin bbitmə müddəti 2007-ci ilin yanvarın 22-dən martın 7-ə keçir. Tender təklifləri 2007-ci ilin martın 7-də məlum olacaq.

Hazırda "Azərenerji" Səhmdar Cəmiyyətinin "Şiaml" Elektrik stansiyasında ikinci BQQ tenderində iki şirkət iştirak etmək arzusundadır. Onlardan biri bu elektrik stansiyasında birinci buxar qaz qurğusunu inşasını həyata keçirən- Mitsui/Mitsubishi, ikincisi cənubi Koreya Şirkəti "Bumjin Korporeyşn"-dir. .

Yaponiyanın JBIC şirkəti 400 MVt gücündə stansiyada ikinci buxar qaz qurğusu blokunun tikintisinə 29,28 mlrd. ien məbləğində güzəşt krediti ayırıb. Bu vəsait illik 0,75% olmaqla 40 ilə ayrılır. Bunun 10 ili güzəşt dövrüdür. QRES-də 400 MVt gücündə bir buxar-qaz qurğusu var. Bu qurğunun inşasını Mitsui/Mitsubishi yapon şirkətləri alyansı həyata keçirib. .

Xəbər lenti

Xəbər lenti