Azərbaycanın "ASPI Consulting Engineers" tərəfindən hazırlanmış proqnozlara görə, yaxın 5 ildə Azərbaycanın qaza olan tələbatı ildə 15 mlrd. kub metrə qədər qalxacaq. Bu barədə Trend xəbər verir.
Ölkədə qaza olan tələbatın bir hissəsi "Şahdəniz" qaz kondensatı yatağından hasilat hesabına, bir hissəsi isə ARDNŞ-ın öz ehtiyatları hesabına ödəniləcək.
Ekspertlərinə dəyərləndirmələrinə görə, Cənubi Qafqaz qaz kəmərində (SCP) 2025-ci ilə qədər Orta Asiya istehsalçılarının qazının ötürülməsi üçün ehtiyatlar olacaq. Beləliklə, Türkmənistandan qazın Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropaya ötürülməsi layihəsinin həyata keçirilməsi zamanı qaz SCP vasitəsilə ötürülə bilər.