...

Azersun Holding Azərbaycanda yeni terminalın tikintisi ilə bağlı planlarını açıqlayıb

Energetika Materials 28 Mart 2007 11:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintisi dörd aydan sonra başlanacaq. Bu barədə Azersun Holding şirkətinin rəhbəri Əbdülbəri Gözəl məlumat verib.

Onun sözlərinə görə, terminalın dəyəri 80-90 mln. dollar təşkil edəcək. Obyekt üç mərhələli tikiləcək:

Birinci mərhələdə onun yüklənmə gücü ildə 15 mln. ton neft, ikincidə 25 mln. ton, üçüncüdə isə 35-40 mln. ton təşkil edəcək.

"Terminalın birinci mərhələsinin 1,5 ildən sonra tamamlanması nəzərdə tutulub", deyə o, bildirib.

Hazırda terminalın səhmdarları və TŞO konsorsiumu arasında Qazaxıstanın "Tengiz" yatağından, həmçinin "Kaşaqan" yatağından neftin yüklənməsi ilə bağlı fransız TOTAL şirkəti ilə danışıqlar yekunlaşmaq üzrədir.

Azərbaycanın Qaradağ rayonunda neft terminalının səhmdarları: "Azərbaycan İnvestisiya Şirkəti" SC- 25 faiz, "Qafqaztransservis" SC-20 faiz. İştirakçılar arasında İİB, AİB və başqaları var.

Neft giriş flanslarının terminaldan dörd kilometr aralı yerləşən Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunacaq.

Xəbər lenti

Xəbər lenti