...

"Günəşli" yatağında sutkalıq qaz debiti təxminən iki dəfə artacaq

Energetika Materials 30 Aprel 2007 17:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /"Bayıl limanı" dəniz quyu kəşfiyyat işləri idarəsi qazma işini başa çatdırıb və "Günəşli" yatağında yeni qaz quyusunu istismara verib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Quyu 3500 metr dərinliyində qazılıb və sutkalıq debiti 120-150 min kub metr təşkil edir. Ehtiyatda 5-6 neft və qaz horizontları var. Yataqdan qazın nəqli yüksək təzyiqli yeni sualtı qaz kəməri vasitəsilə həyata keçirilir. Yaxın günlərdə yataqda "Günəşli" platformasında daha bir qaz quyusunun istismara verilməsi nəzərdə tutulur. Bu quyunun işə salınmasından sonra yataqda sutkalıq debit 11 mln. kub metr qazı keçəcək. Keçən ilin analoji dövründə hasilat həcmi sutkada 6,8 mln. kub metr təşkil edib.

Bu il yataqda 20-dən çox qaz və iki neft quyusunun qazılması planlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkətinin qəbul etdiyi şəxsi qaz hasilatının artırılması üzrə proqramına əsasən, 2008-ci ildə "Günəşli" yatağında qaz hasilatının həcmi iki dəfə - 6 mlrd. kub metrədək artacaq. Keçən ilin yekunlarına əsasən, o, 2,95 mlrd. kub metr qaz təşkil edib.

Xəbər lenti

Xəbər lenti