...

"Siemens" İdarə Heyətinin üzvü Rudi Lamprext Bakıya gəlir

Energetika Materials 30 May 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Baku / Trend / Bu gün "Siemens" İdarə Heyətinin üzvü Rudi Lamprext Bakıya işgüzar səfərə gələcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.

Səfər zamanı Lamprext Azərbaycan prezidenti İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşəcək.

Lamprext həmçinin 500 MVt-lıq Sumqayıt buxar-qaz elektrik stansiyasına baş çəkəcək. Sumqayıt buxar-qaz stansiyası şirkətin Azərbaycanda ən iri layihəsidir.

"Siemens"in Azərbaycandakı nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti