...

"Şimal" elektrik stansiyasında qazqızdırıcı avadanlıq quraşdırılıb

Energetika Materials 31 May 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend /İtalyan və yapon mütəxəssisləri tərəfindən "Şimal" elektrik stansiyasında İtaliyadan alınmış yeni qazqızdırıcı avadanlıq quraşdırılıb və testdən keçirilib. Bu barədə "Azərenerji" SC-dən məlumat verilib.

Qış mövsümündə buxar-qaz qurğusunda kompressorlarda donma halları müşahidə olunurdu. Bu hallar yeni avadanlığın quraşdırılmasından sonra aradan qaldırılacaq.

Sentyabrda 400 MVt gücündə olan "Şimal" elektrik stansiyasının buxar-qaz qurğusunda kapital təmir aparılacaq.

Bu qurğu "Mitsubishi" şirkəti tərəfindən tikilib və 2002-ci ildən etibarən istismar olunur.

Xəbər lenti

Xəbər lenti