...

Nazir: Türkiyə Azərbaycan qazını sentyabrda qəbul etməyə başlayacaq (video)

Energetika Materials 14 İyun 2007 17:55 (UTC +04:00)
Nazir: Türkiyə Azərbaycan  qazını sentyabrda qəbul etməyə başlayacaq (video)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin cümə axşamı verdiyi məlumata görə, Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından qazı sentyabr ayından başlayaraq alacaq.

"Türkiyə tərəfinin təqdim etdiyi ərizələr, həmçinin öhdəliklər hələ yerinə yetirilməyib. Mənim fikrimcə,Türkiyə qazı artıq sentyabrdan başlayaraq qəbul edəcək",-deyə Natiq Əliyev bildirib.

"Türkiyənin qazın qəbulu ilə bağlı göturdüyü möhlət "Şahdəniz" yatağında yerləşən quyulardan yanacağın hasilatının dayandırılmasının əsas səbəbidir.

Nazirin sözlərinə görə, hər şirkət həyata keçirdiyi satışlara uyğun olaraq öz qaz seçimini nizamlamalıdır.

"Azərbaycanın qaz satışı üzrə şirkəti (Azerbaijan gas supply company) bazardan asılı olaraq qaz həcminin artırılıb-artırılmamsına uyğun olaraq işləyir",-deyə nazir bildirib.

"Digər tərəfdən Azərbacanda qaz bolluğu müşahidə olunur. Azərbaycan Dövlət Neft Şirkəti görülən tədbirlər sayəsində hasilatı artırıb. Yay aylarında respublikada qaza olan tələbatın azalmasının səbəbi təkcə mövsümlə əlaqədar deyil, həm də əhalinin və sənayenin qazla təmin olunması tədbirləri ilə əlaqədardır", - deyə Əliyev bildirib.

"Qazın doldurulması məsələlərində Azərbaycana məhdudiyyətlər var. Azərbaycan qaz anbarlarında istədiyi həcmdə qaz saxlaya bilməz. Bu qaz anbarlarının həcmindən və gündəlik doldurulan qazdan asılıdır",-deyə nazir bildirib.

Hazırda kommersiya tələbinin olmaması üzündən "Şahdəniz" yatağında qazın hasilatı məhdudlaşıb. Hazırda 5 mln. kubmetr həcmində qaz əldə edilir ki, bu da yeraltı qaz yatağında saxlanılır.

Gürcüstana kubmetri 63 dollardan olmaqla təxminən 1 mln. kubmet qaz satılır. Türkiyə hələ ki, "Cənubi Qafqaz" boru kəməri vasitəsilə qaz almır.

Türkiyə yanacağ almağa başlayandan sonra üç quyuda gün ərzində qaz hasilatı 15 min kubmetr artacaq. "Mərhələ-1"də "Şahdəniz" yatağının istismarı layihəsi çərçivəsində il ərzində 8,6 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulur. Bu il ərzində yataqdan 5,7 milyard qaz hasil ediləcək. Qazın 2,7 milyard kubmetrini Azərbaycan əldə edəcək.

"Şahdəniz" yatağının istismarı ilə bağlı müqavilə 4 iyun 1996-cı il tarixində imzalanıb. Razılaşmanın iştirakçıları aşağıdakılardır: BP (operator)-25,5%, Statoil-25,5 %. NİCO-10%, Total-10%, LukAgip-10%, TRAO-9%, ARNDŞ-10%.

Xəbər lenti

Xəbər lenti