...

ARDNŞ-ın fəaliyyət göstərən quyular fondu artıb

Energetika Materials 19 İyul 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / İyunun 1-nə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyət göstərən quyularının fondu 4895 vahid təşkil edib ki, bu göstərici ilin əvvəlinə olan göstəricidən 65 ədəd çoxdur, neft və qaz hasilatı üzrə ixtisaslaşan "Azneft" istehsalat birliyinin direktoru Səbuhi Əhmədovun verldiyi məlumatda belə deyilir.

Birinci yarımil ərzində qazıntı prosesindən sonra planlaşdırılan 46 quyu ilə müqayisədə 52 yeni quyu mənimsənilib. Bu quyulardan 80 min 180 ton neft əldə olunub ki, bu, proqnozlaşdırılıdığından 13 min 248 ton çoxdur. 2006-cı ilin birinci yarısında qazıntı prosesindən sonra 34 quyu mənimsənilib və bu quyulardan 53 min 799 ton neft hasil edilib.

2007-ci ilin yanvar-iyun ayları ərzində fəaliyyət göstərməyən fonddan planlaşdırılan 83 quyu əvəzinə 88-i geri qaytarılıb. Bu quyulardan proqnozlaşdırılan 15 min 995 ton neftlə müqayisədə 29 min 271 ton neft əldə olunub.

Xəbər lenti

Xəbər lenti