...

"Azərenerji" qeyri-qanuni istehlak edilən enerjinin ödənilməsinə nail olub

Energetika Materials 28 İyul 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Hazırda "Azərenerji"nin 46 rayonda idarə etdiyi paylaşdırıcı şəbəkələrdə məişət abunəçilərinin 97 faizində sayğaclar var. Bu barədə "Azərenerji"dən verilən məlumatda deyilir. Bunun nəticəsində istehlak olunan enerjiyə görə yığım 82,6 faiz təşkil edib.

Reydlər zamanı "Azərenerji" enerji təminatı idarəsi tərəfindən iyunda 1900 pozuntu faktı aşkarlanıb.

"Gəncə enerji təminatı regional idarəsi" - 210 fakt, "Mingəçevir enerji təminatı regional idarəsi" - 216 fakt, "Əli Bayramlı enerji təminatı regional idarəsi" - 406 fakt, "Lənkəran enerji təminatı regional idarəsi" - 180 fakt, "Şəmkir enerji təminatı regional idarəsi" - 171 fakt, "Kürdəmir enerji təminatı regional idarəsi" - 214 fakt. Ən çox pozuntu halı "İmişli enerji təminatı regional idarəsi"ndə qeydə alınıb - 500 fakt.

Aktların tərtib edilməsi nəticəsində qeyri-qanuni istehlak olunan elektrik enerjisinin 16 mln. kVt/s dəyəri ödənilib. Altı ay ərzində paylaşdırıcı şəbəkələr üzrə 11600 akt tərtib olunub və ödəmə yolu ilə 79,2 mln. kVt/s elektrik enerjisi (4,1 mln. manat) bərpa olunub.

Xəbər lenti

Xəbər lenti