...

Azərbaycan İrana benzin ixracını bərpa edib

Energetika Materials 14 Avqust 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Çərşənbə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, ARDNŞ İrana benzin ixracını bərpa edib. ARDNŞ-dan bildiriblər ki, avqust ayında İrana hər birində 4,2 min ton olmaqla səkkiz tankerin göndərilməsi planlaşdırılır.

Benzin ixracının dayandırılması iyul ayında Heydər Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azərneftyağ) kataliz krekinqi qurğusunun növbədənkənar təmirə dayandırılması ilə əlaqədar olub. Hazırda qurğu yenidən istismara verilib.

Hər ay İranın "East Energy" şirkəti üçün hər birində 4,2 min ton olmaqla 10-12 tanker benzin ötürülüb ki, bu da ümumilikdə 45-50 min ton benzin deməkdir. Benzinin çatdırılması şirkətlə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Neft məhsulu Neft Emalı Zavoduna məxsus limandan tankerlərə yüklənir.

Xəbər lenti

Xəbər lenti