...

Azərbaycanda kimyəvi məhsulun ən iri istehsalçısı borular alınmasına dair tender elan edib

Energetika Materials 28 Avqust 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ "Azərkimya" dövlət konserni 2007-ci ildə Sumqayıtın "Etilen-Polietilen" zavodu üçün etilen istehsalında istifadə edilən boruların alınmasına dair tender elan edib. Bu barədə rəsmi mətbuatda xəbər yer alıb.

Tender bir lot üzrə keçiriləcək. Tenderdə iştirakın qiyməti 200 manatdır.

Namizədlər sənədləri (son il üzrə maliyyə göstəricisi, potensial imkanları təsdiq edən sənəd, tender təklifinin iki faizinə dair bank təminatı) sentyabrın 27-dək təqdim etməlidirlər.

Tender sentyabrın 28-də saat 11.00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti