...

Azərbaycanda nağdsız əməliyyatların həcmi tarixi maksimuma çatıb

Maliyyə Materials 18 Mart 2021 11:12 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən dövlət qurumları və bank sektoru ilə birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin artırılması, əhalinin maliyyə savadlılığının yüksəldilməsi, habelə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkə miqyaslı layihələr reallaşdırılıb və bu proses davam edir.

Trend bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

Qeyd olunub ki, görülən işlər nəticəsində 2020-ci il ərzində ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi tarixi maksimuma çatıb.

Belə ki, elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi 95,7 milyard manat təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi 6,4 milyard manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti