...

Yelo Bank-dan ikiqat sərfəli əmanət

Maliyyə 21 Yanvar 2022 13:05 (UTC +04:00)
Yelo Bank-dan ikiqat sərfəli əmanət

Bakı. Trend:

Vəsaitinizin sizə daha çox gəlir qazandırmasını istəyirsiniz? Yelo Bank bu dəfə də müştəri istəklərini nəzərə alaraq hədiyyəli əmanət kampaniyasına start verir!

Kampaniya 31 martadək Bankda min. 1000 AZN yeni əmanət hesabı açan fiziki şəxslərə şamil olunur. İllik 11%-dək gəlir gətirən əmanətiniz Yelo Bank-da etibarlı şəkildə qorunmaqla yanaşı, həm də sizə hədiyyə qazandıracaq:

  • Əmanət məbləği 100 000 AZN-dək (və ekvivalenti) olduqda Yelo Light,
  • 100 000 AZN (və ekvivalent) və daha artıq olduqda isə Yelo Premium kart hədiyyə veriləcək.

Kartın valyutası müştəri istəyinə əsasən seçilə bilər.

Əmanətləri 36 ayadək müddətə yerləşdirmək mümkündür və müddətin uzadılması avtomatikdir. Əmanət üzrə gəlirləri hər ay kart vasitəsi ilə əldə etmək də mümkündür.

Hədiyyə edilmiş kart da depozit müştərilərinə qazandıracaq. Belə ki, Yelo Light kartı ilə qalıq balansda qalan vəsaitə görə illik 6%-dək, Premium kartında isə 8%-dək gəlir əldə edə biləcəklər. Üstünlüklər bununla bitmir. Müştərilər xərcləyərək də qazana bilər. Qeyd edilən kartlarla ölkədaxili bütün POS-terminal xərcləmələrinə illik 1.5%-dək cashback əldə etmək mümkündür.

Pulunuza daha çox pul gətirəcək parlaq kampaniyadan faydalanmağa tələsin!

Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması fondunun qaydalarına uyğun olaraq sığortalanır.

Ətraflı məlumat üçün: https://bit.ly/yelosbt

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kredit kalkulyatoru xidmətimizdən də yararlana bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti