...

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 20 Aprel 2024 11:08 (UTC +04:00)
COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir - Muxtar Babayev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 daha yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Associated Press" agentliyinə müsahibəsində deyib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP) Tərəflər Konfransının növbəti sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılmasında həlledici əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Bakıda zəngin ölkələrin bir qayda olaraq istiləşmədə bir o qədər böyük rol oynamayan, lakin iqlim dəyişikliyindən hamıdan çox əziyyət çəkən daha yoxsul ölkələrə necə maliyyə yardımı göstərə biləcəyi ilə bağlı ümumi məxrəcə gəlmək mümkün olacaq.

"Bakıda keçirilən konfrans qazıntı yanacağından imtina haqqında ötənilki uğurlu sazişə əsaslanmalıdır. Bu ilin payızında keçiriləcək görüş isə ölkələrin istixana qazlarının tullantılarının məhdudlaşdırılması üzrə planların gücləndirilməsi üçün 2025-ci ildə birləşməsinə kömək göstərəcək. Tərəfləri bir-biri ilə yaxınlaşdırmaq üçün istənilən mümkün fəaliyyət və tədbirləri nəzərdən keçirməliyik. Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü olaraq nəzərdən keçiririk", - deyə M.Babayev əlavə edib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti