...

Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə qlobal ev sahibliyi edəcək - UNEP-in icraçı direktoru

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 15:57 (UTC +04:00)
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə qlobal ev sahibliyi edəcək - UNEP-in icraçı direktoru
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə qlobal ev sahibliyi edəcək.

Trend xəbər verir ki, bu barədə bu gün BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda keçirilən birgə brifinqdə deyib.

"İlk öncə əla bir xəbəri bölüşmək istəyirəm: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününün qlobal ev sahibi olacaq. Bu, Azərbaycanın təşəbbüslə yanaşdığı mühüm hadisədir. 2026-cı il iyunun 5-də bütün dünyanın nəzəri bu mühüm hadisəyə ev sahibliyi edəcək Azərbaycana çevriləcək. Bu, böyük təşəbbüsdür və biz buna çox şadıq.

Bundan başqa, gördüyünüz kimi, bir sıra birgə tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirik. Həmçinin elektrik mobillik sahəsində üzrə Azərbaycanla əməkdaşlıq edir, onun iqlim məsələlərində səylərini dəstəkləyir, iqlim və hava hadisələrinə cavab sistemlərinə və adaptasiyanın maliyyələşdirilməsinə yönəldirik. Həmçinin Qlobal Ekoloji Fond çərçivəsində mühafizə olunan ərazilərə dəstəyi müzakirə etməyə başlamışıq. Bu yaxınlarda Şirvan Milli Parkına səfərim onun biomüxtəlifliyinin qorunub saxlanılması istiqamətində görülən möhtəşəm işlərin sadəcə bir nümunəsi idi", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti