...

“AzərEnerji” rəhbərliyi ilə Dünya Bankının regional direktoru müzakirələr aparıb

Yaşıl iqtisadiyyat Materials 18 İyul 2024 16:39 (UTC +04:00)
“AzərEnerji” rəhbərliyi ilə Dünya Bankının regional direktoru müzakirələr aparıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə onlayın görüşü olub.

Trend xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Görüşdə Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının maliyyələşmə məsələləri barədə müzakirələr aparılıb. Eyni zamanda yeni tikiləcək 500 kV-luq “Navai” yarımstansiyası, yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji, sosial təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.

Xəbər lenti

Xəbər lenti