...

Azərbaycanda "yaşıl" maliyyə məsələlərinə həsr olunmuş forumun keçirilməsi planlaşdırılır

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 16:26 (UTC +04:00)
Azərbaycanda "yaşıl" maliyyə məsələlərinə həsr olunmuş forumun keçirilməsi planlaşdırılır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "yaşıl" maliyyə məsələlərinə həsr olunmuş forumun keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ADA Universitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.

“Bu ayın sonunda ABA, BMT, Azərbaycan Mərkəzi Bankı və digər maliyyə institutlarının iştirak etdiyi "yaşıl" maliyyə və dayanıqlı inkişaf mövzusunda forumun keçirilməsi nəzərdə tutulur,” – Z.Nuriyev vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan enerji keçidini maliyyələşdirmək üçün əhəmiyyətli potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti