...

BƏƏ enerji səmərəliliyini 45 faizə çatdırmağı planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 13:15 (UTC +04:00)
BƏƏ enerji səmərəliliyini 45 faizə çatdırmağı planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji strategiyasını 2050-ci ilə qədər yeniləyib və enerji səmərəliliyini 45 faizə çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə BƏƏ xarici işlər nazirinin köməkçisi Abdulla Balala nazirlərin “Bərpa olunan enerji mənbələrindən üçqat və ikiqat enerji səmərəliliyi üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən dialoq zamanı bildirib.

"BƏƏ enerji sektorunda xalis sıfır emissiyaya nail olmaq məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə edib. Biz həmçinin şəbəkələrin emissiya əmsalını daha da azaltmaq niyyətindəyik ki, bu da BƏƏ-ni ən az emissiya edən ölkələrdən birinə çevirəcək. BƏƏ olaraq biz təmiz enerji mənbələrinə iddialı, lakin praqmatik keçid nümunəsi olmağa çalışırıq. BƏƏ enerji strategiyasını 2050-ci ilə qədər yeniləyib və enerji səmərəliliyini 45 faizə qədər artırmağı planlaşdırır.", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti