Bakı. Trend:
Suriya münaqişəsinin həlli istiqamətində Astana formatında növbəti sammitin 2025-ci ildə Rusiyada keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev TASS-a müsahibəsində məlumat verib.
"2025-ci ildə bu görüşün Rusiya ərazisində tam miqyaslı keçiriləcəyinə ümid edirik," - deyə Lavrentiyev bildirib. O əlavə edib ki, Tehranda baş tutan sonuncu analoji sammitdən artıq iki il keçib. Hazırda tərəflər bu görüşü 2025-ci ilin ilk yarısında keçirməyi və onu Suriya böhranının həlli üçün konkret təkliflər, yeni təşəbbüslər və praktiki addımlarla zənginləşdirmə imkanlarını müzakirə edirlər.