Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.
Trend-in məlumatına görə, bu barədə CNN mənbələrinə istinadən xəbər yayıb.
Blanş son bir il yarım ərzində Trampın maraqlarını təmsil edib və bu müddət ərzində onunla yaxın əlaqələr qurub. Həmçinin qeyd edilib ki, Blanş, tez-tez Trampın Mar-a-Laqo iqamətgahında yeni prezidentin ətrafında görünüb.
Hal-hazırda, ABŞ-ın baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur ki, bu da ABŞ Ədliyyə Nazirliyində ikinci ən yüksək vəzifədir. Bundan əvvəl Tramp, respublikaçı konqresmen Mett Getzin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürmüşdü.