...

Fransa Azərbaycanın həqiqətlərindən küsdü: nazir COP29-a gəlmir

Siyasət Materials 13 Noyabr 2024 22:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin COP29 sammitində Fransanın ikiüzlülüyünü bir daha ifşa etdiyi bugünkü çıxışı, görünür, Parisi dərindən yaralayıb.

Trend xəbər verir ki, küslük o qədər güclüdür ki, Yaşıl Keçid, Enerji, İqlim və Təhlükələrin Qarşısının Alınması üzrə Nazir Anyes Pannye-Rünaşeyə COP29 üçün Bakıya getməmək tapşırılıb.

Təbii ki, bu, Fransanın Bakıda belə əlamətdar hadisəyə kölgə salmaq üçün növbəti pafoslu cəhdindən başqa bir şey deyil, baxmayaraq ki, iqlim böhranı məsələsi təkcə Azərbaycanı deyil, bütün dünyanı, o cümlədən Fransanın özünü narahat edir. Qeyd etmək lazımdır ki, Fransa əvvəldən uğursuz cəhdləri ilə COP29-u boykot etməyə çağırırdı.

Lakin Prezident İlham Əliyevin noyabrın 12-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində dediyi kimi, bizim 196 ölkədən 72 min qeydiyyatdan keçmiş iştirakçımız var, bu isə bu tədbiri sabotaj etmək istəyən Fransaya layiqli cavabdır.

Xəbər lenti

Xəbər lenti