...

"Tesla" 2,5 min "Cybertruck" pikapını geri çağırır

Dünya xəbərləri Materials 14 Noyabr 2024 07:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Tesla" təxminən 2 431 ədəd "Cybertruck" elektrik pikapını geri çağırdığını açıqlayıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) geri çağırılma ilə bağlı məlumat yayıb. Geri çağırılan avtomobillər 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayına qədər istehsal edilən pikapları əhatə edir.

Geri çağırılmanın səbəbi sürücü invertorundakı nasazlıqdır ki, bu da pikapın dartma qabiliyyətini azalda bilər və qəza riskini artıra bilər. "Tesla" geri çağırılan avtomobillərdə nasaz invertoru pulsuz olaraq dəyişdirəcək.

Bu, cari il ərzində "Cybertruck" modelləri üçün edilən altıncı geri çağırmadır. Məsələn, iyun ayında "Tesla" şüşə silən mühərrik və baqaj bölməsindəki problemlərə görə təxminən 12 min pikapı, apreldə isə qaz pedalındakı nasazlığa görə 3 min pikapı geri çağırmışdı.

Xatırladaq ki, "Cybertruck"un seriyalı istehsalına 2023-cü ilin iyul ayında başlanılıb və ilk tədarüklər noyabr ayında həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti