...

Şri-Lankada parlament seçkiləri üçün səsvermə başlayıb

Dünya xəbərləri Materials 14 Noyabr 2024 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lankada növbəti beş il üçün parlamentin yeni tərkibini seçmək məqsədilə səsvermə prosesi başlayıb.

Trend-in məlumatına görə, ada ölkəsinin Seçki Komissiyası səsvermənin yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 05:30) başladığını və axşam saat 16:00-da (Bakı vaxtı ilə 14:30) başa çatacağını açıqlayıb. Ümumilikdə 17 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir və seçkilər nəticəsində 225 üzvdən ibarət yeni parlament müəyyən ediləcək. Şri-Lankanın Seçki Komissarı Rmal Ratnayake bildirib ki, "Səsvermə üçün bütün hazırlıqlar tamamlanıb və biz azad və ədalətli seçkilərin keçirilməsi üçün əməkdaşlığa çağırırıq."

Seçkilərdə 690 siyasi partiya və müstəqil birlik təmsil olunaraq, ölkənin 25 rayonunda mandat qazanmaq uğrunda yarışır. Seçkilərin favoritlərindən biri olan Xalq Azadlıq Cəbhəsi, yeni prezident Anura Kumar Dissanayakenin rəhbərliyi ilə maliyyə böhranından çıxmaqda olan Şri-Lankada yoxsulluqla mübarizəni əsas prioritet olaraq irəli sürür. Səlahiyyət müddətinin bitməsinə bir il qalmış, sentyabrın 25-də əvvəlki parlamentin buraxıldığını elan edən Dissanayake, bu seçkilərlə ölkədə islahatların sürətləndirilməsini hədəfləyir.

Yeni seçilən parlamentin ilk iclasının seçkidən sonra bir həftə ərzində keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti