...

"Azərfon" BM Yeni il kfmpaniyası elan edib

Telekommunikasiya Materials 10 Dekabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərfon" BM-in mətbuat xidmətinin məlumatında bildirilir ki, 2007-ci il dekabrın 7- dən etibarən, Nar Mobile yeni il aksiyasına start verib. Abunəçilərin dekabrdakı bütün mobil rabitə xərcləri Pulsuz dəqiqə və ya SMS şəklində yanvar və fevral aylarında geri qaytarılacaq.

Hər bir abunəçi, istəyinə uyğun, dekabrdakı mobil rabitə xərclərini şəbəkədaxili Pulsuzdəqiqə və ya SMS şəklində geri qaytara biləcək.

Xərclənən hər 10 qəpik üçün abunəçilər 1 dəqiqə şəbəkədaxili pulsuz dəqiqə və ya 1 SMS əldə edəcəklər. Hədiyyə bonuslarını SMS şəklində almaq üçün telefonda *777#2008# yığmaq kifayətdir. Bütün yığılmış pulsuz dəqiqələr və SMS mesajlar abunəçilərə, iki bərabər hissəyə bölünərək, yanvar və fevral aylarında qaytarılır.

Yeni il kampaniyası "Rəngarəng Zövqlər" (rejim1 və 2) , "Məqsədə Doğru" və "Xoş Xəbər" öncədən ödəniş tarif planlarını 2008 -ci il yanvarın 1 - dək aktivləşdirmiş bütün abunəçilər üçün nəzərdə tutlb. Bütün xərclərin hesablanması 2007-ci il dekabrın 1 -də başlanır və ilin sonuncu günündə bitəcək.

Ölkədə yeni GSM operatoru olan AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə bu ilin martındaNar Mobile ticarət nişanı ilə başlamışdır. Hazırda Nar Mobile şəbəkəsindən 300.000 - dən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti