...

Azərbaycanın İnternet provayderləri barədə qanun layihəsi təkmilləşdirilməyə qaytarılıb

Telekommunikasiya Materials 3 Mart 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində internet provayderlər barədə yeni qanun layihəsi hazırlanıb.

İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, təqdim olunan qanun layihəsi, sənədin hazırlanması Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədardır.

Beş fəsildən ibarət olan qanun layihəsində internet provayderləri işinin təşkili, şəbəkə təminatçısı təşkilatlarının daxili idarəetmələri, internet provayderləri və istifadəcilərinin hüquqları öz əksini tapıb. Layihədə şəbəkə təminatcıları birlikləri, o cümlədən Milli Şəbəkə Təminatcıları Şurasının yaradılması da nəzərdə tutulur.

Hazırda ölkədə 1 milyona yaxın internet istifadəçisi var. İnternet provayderlərinin sayı isə 30-a çatıb. Bu gün100 nəfərə 4-5 kompüter düşür. Hər 100 nəfərdən 12-si isə, internet istifadəçisidir.

Parlament komissiyasının iclasında iştirak edən Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə və Milli təhlükəsizlik Nazirliklərinin nümayəndələri layihənin bəzi müddəaları ilə razılaşmayıb və onların dəyişdirilməsini təklif ediblər. Qanun layihəsi təkmilləşdirilməyə işçi komissiyaya qaytarılıb.

Xəbər lenti

Xəbər lenti