Azərbaycan, Bakı, 11 iyul / Trend / Azərbaycan prezidenti İlham Əliyev respublikada teleyayımın genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, son illərdə Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və geniş miqyaslı tətbiqi ölkədə yeni informasiya sisteminin yaradılması və teleradioyayım texnologiyalarının yenilənməsi üçün yaxşı əsas yaradıb.
Sərəncama əsasən, ölkədə televiziya yayımının efir dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Azərbaycanın Rabitə və İnformasiya Nazirliyinə 2008 -ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan prezidentinin Ehtiyat Fondundan 2,5 mln. manat həcmində vəsait ayrılıb.
Ayrılan vəsaitin təmin edilməsi üçün Maliyyə Nazirliyinə tapşırıq verilib.