...

Bank Standard mobile-banking tətbiq edib

Telekommunikasiya Materials 31 İyul 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend / Bank Standard avqustun 1- dən mobile-banking xidmətini istismara verir. Bu sistem şəxsi kart hesablarını mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Xidmət Azercell Telecom mobil rabitə operatorunun abunəçiləri olan bütün plastik kart sahiblərinə göstərilir.

Bankın məlumatında bildirlir ki, xidmət mobil telefon vasitəsilə hesabdan çıxarış, hesab balansı barədə məlumat almağa, elektrik enerjisi və mobil rabitə xidmətləri ödəməyə imkan verir. Müştərinin kartında aparılan hər bir əməliyyat haqqında informasiya qısa məlumat kimi onun mobil telefonuna göndərilib. Hər alınmış məlumata görə, müştəridən 0,1 manat (22 kontur) çıxılır.

Təhlükəsizliklə əlaqədar xidmətin aktivləşdirilməsi bir neçə mərhələdən keçir. Əvvəlcə müştəri Azercell-in ofislərinin birində ərizə doldurmalı və xidməti aktivləşdirməyə imkan verən xüsusi kodlarla öz nömrəsinin surətini almalıdır. Müştəri ofisdə üçün bir və ya bir neçə kartının nömrəsini göstərir. Bank bu hesabların mövcudluğunu təsdiqlədiyi halda mobile-banking xidməti aktivləşir. Müştəri bu barədə 7112 və 7113 nömrəsindən AzeriSard tərəfindən göndərilən qısa məlumat alır. Beləliklə, xidmət ərizə verildikdən üç iş günü sonra qoşulur.

Xəbər lenti

Xəbər lenti