Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir S.Babayeva/ Cari ilin oktyabrının 1-nə olan məlumatlara görə, Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,7 mln. nəfərə çatıb,- Dövlət Statistika Komitəsi xəbər verir. Bu hökumətin proqnozlarından 500 min abunəçi çoxdur.
İlin əvvəlindən abunəçilərin sayı 1,2 mln. nəfər artıb.
Doqquz ay ərzində Azərbaycanda mobil rabitə xidmətlərinin həcmi 34,2 faiz artıb.
Bu gün Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir. Onlardan ən böyüyü olan Azercell Telecom-un 3,5 mln. abunəçisi var, qalan abunəçilər Bakcell və Azerfon arasında bölünür.
Hökumətin proqnozlarına əsasən, 2009 - cu ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 5,9 mln., 2010 - cu ildə - 6,2 mln. və nəhayət, 2011-də 6,8 mln. abunəçiyədək arta bilər.