...

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təxminən 150 min elektron sağlamlıq kartı verilib

Telekommunikasiya Materials 31 İyul 2009 18:44 (UTC +04:00)
"Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təxminən 150 min elektron sağlamlıq kartı verilib", - Trend Capital-a Səhiyyə Nazirliyinin İnformasiya şöbəsi müdirinin müavini Cəbrayıl Əsədzadə deyib.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir H.Vəliyev /

"Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən təxminən 150 min elektron sağlamlıq kartı verilib", - Trend -a Səhiyyə Nazirliyinin İnformasiya şöbəsi müdirinin müavini Cəbrayıl Əsədzadə deyib.

Onun sözlərinə görə, bu günədək nazirliyə tabe olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri sistemə qoşulublar. Nazirliyin bölmələri arasında lokal şəbəkə yaradılıb ki, bu da xidməti informasiyanın operativ mübadiləsinə imkan verir. İnformasiya lokal şəbəkə vasitəsilə tibb müəssisələrindən birbaşa vahid məlumatlar bankına daxil olur. Pasiyentlər barədə tibbi uçotun aparılmasının avtomatlaşdırılması lazım olan informasiyanın axtarışını əhəmiyyətli dərəcədə asanlaşdırıb və dioqnoz qoymanın vaxtını qısaldıb.

"Layihə həmçinin 18 yaşadək olan vətəndaşlar barədə informasiyanın kağız variantdan elektron varianta keçirilməsini nəzərdə tutur", - Əsədzadə deyib.

Səhiyyə Nazirliyinin planına əsasən, elektron sağlamlıq kartı ilə Azərbaycanın bütün vətəndaşları təmin olunacaq, yəni hər pasiyent ənənəvi kağız kartla yanaşı, plastik karta da sahib olacaq. Yeniyetmələrdən fərqli olaraq yeni doğulanlara plastik kartlar verilir. Elektron sağlamlıq kartları nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə valideynlərə pulsuz verilir.

Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyara keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti