...

Sentyabrın 1-dən Azərbaycanda internet tarifləri 2,5 dəfə azalır

Telekommunikasiya Materials 31 Avqust 2009 18:26 (UTC +04:00)
"Delta Telecom" şirkəti (ilkin provayder) sentyabrın 1-dən Azərbaycanda internet xidmətinin provayderləri üçün tarifləri 1 Mbit/s üçün hazırki 275 manatdan 110 manatadək azaldır. Bu barədə bazar ertəsi İnternet üzrə əlaqələndirici şuranın iclasında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
Sentyabrın 1-dən Azərbaycanda internet tarifləri 2,5 dəfə azalır

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir H.Vəliyev /

"Delta Telecom" şirkəti (ilkin provayder) sentyabrın 1-dən Azərbaycanda internet xidmətinin provayderləri üçün tarifləri 1 Mbit/s üçün hazırki 275 manatdan 110 manatadək azaldır. Bu barədə bazar ertəsi İnternet üzrə əlaqələndirici şuranın iclasında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Bu da öz növbəsində sonuncu istehlakçılar üçün İnternet tariflərinin azalmasına gətirəcək. Delta Telecom kanallarının buraxılış gücü 1,6 Mbit/s təşkil edir.

Bu gün ayrılmış tarif planından asılı olaraq, abonentlərin ADSL yüksəksürətli girişinə xərcləri 30 manatla (1 Mbit/s) 360 manat (3072/1024 Кbit/s) arasında dəyişir.

İnternet tarifləri sonuncu dəfə 15 yanvar 2009-cu ildə Tarif Şurasının qərarı ilə azaldılıb. Qərara görə, 2 Mbit/s sürətlə şəhərdaxili şifrəli kanalların (portların) istifadəyə verilməsi, təşkilatlar üçün (büdcə təşkilatlarını çıxmaqla) tariflər 1200-dən 600 manatadək (50 faiz), bu kanalların aylıq istifadəsinə görə tariflər isə 320-dən 300 manatadək (6,3 faizədək) azaldılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti