...

"Azercell"-in "Həftəyə avtomobil" kampaniyası çərçivəsində oynanılan yeddinci avtomobilin qalibi bəlli olub

Telekommunikasiya Materials 8 Sentyabr 2009 17:33 (UTC +04:00)
"Azercell" MMC həftəyə avtomobil udmaq kimi inanılmaz şans verir. İyulun 21-dən etibarən SimSim abonentləri üçün "Həftəyə Avtomobil" adlı yeni kampaniya keçirilir.
"Azercell"-in "Həftəyə avtomobil" kampaniyası çərçivəsində oynanılan yeddinci avtomobilin qalibi bəlli olub

Azərbaycan, Bakı, 08 sentyabr / Trend /

"Azercell" MMC həftəyə avtomobil udmaq kimi inanılmaz şans verir. İyulun 21-dən etibarən SimSim abonentləri üçün "Həftəyə Avtomobil" adlı yeni kampaniya keçirilir.

Kampaniya zamanı abonentlər gecə konturlarının hesabına 50 MMS qazanmaq, həmçinin hər həftə "Toyota Corolla" avtomobilini udmaq imkanını əldə edirlər.

"Toyota Corolla" avtomobilinin oynanılma tirajı hər həftənin cümə günü "Azercell Telecom" MMC-nin baş ofisində keçirilir. Yeddinci tiraj çərçivəsində oynanılan "Toyota Corolla" avtomobilinin sahibi Adıgözəlov Mais Fəxrəddin oğlu olub.

Kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər.

9080 qısa nömrəsinə SMS göndərən abonentlər 50 MMS-lə yanaşı, həmçinin hər həftə oynanılan "Toyota Corolla" avtomobilini qazanmaq şansı əldə edirlər.

9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq abonentin Gecə balansından tutulur. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.

Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində "50" rəqəmini 9080 qısa nömrəsinə göndərən SimSim abonentləri iştirak edirlər. Hər tirajda bir ədəd nömrə qalib elan edilir. Daha çox SMS göndərən abonentlər daha çox qazanmaq şansı əldə edirlər.

Xəbər lenti

Xəbər lenti