...

Azərbaycan-Rusiya birgə telekommunikasiya müəssisəsi Azərbaycanda qeydiyyatdan keçib

Telekommunikasiya Materials 29 Oktyabr 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir H.Vəliyev/

"C-Ring Telecom" MMC "vahid pəncərə" vasitəsilə Azərbaycan Vergilər Nazirliyində 20 min manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib.

MMC-nin təsisçiləri Rusiyanın "Sinterra" QSC və Azərbaycanın "Azərtelekom" MMC şirkətləridir.

C-Ring Telekom birgə müəssisəsinin yaradılmasına dair sənəd mayın 29-da Bakıda imzalanıb. Azərtelekom və Sinterra birgə müəssisənin nizamnamə kapitalında 50 faizə malikdirlər.

C-Ring Telekom şirkəti öz layihələrində Azərbaycan və Rusiya ərazisində "Azərtelekom" və "Sinterra" infrastrukturlarının sinerji imkanlarından və resurslarından istifadə edəcək. Bunun sayəsində də Azərbaycan biznesi və əhalisi "Sinterra" tərəfindən təqdim edilən rabitə xidmətləri kompleksinə tam girişlə təmin olunacaqlar. Bu xidmətlərə beynəlxalq və şəhərlərarası rabitə, magistral kanalların kirayəsi, IP MPLS şəbəkə bazası üzrə xidmətlər, İnternetə giriş və s. daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti