...

Bakcell Blackberry və "Bakcell Yaqut"u təqdim edib

Telekommunikasiya Materials 10 Fevral 2010 18:03 (UTC +04:00)
Bakcell müştərilərinə yaxın olmaq "fəlsəfəsinə" sadiq qalaraq, öz abunəçiləri üçün BlackBerry® xidmətini təqdim edir və ən dəyərli müştəriləri üçün yeni eksklüziv "Bakcell Yaqut" klubu yaradır.
Bakcell Blackberry və "Bakcell Yaqut"u təqdim edib

Azərbaycan, Bakı, 10 fevral / Trend /

Bakcell müştərilərinə yaxın olmaq "fəlsəfəsinə" sadiq qalaraq, öz abunəçiləri üçün BlackBerry® xidmətini təqdim edir və ən dəyərli müştəriləri üçün yeni eksklüziv "Bakcell Yaqut" klubu yaradır.

Bundan sonra Bakcell müştəriləri keyfiyyətli və səmərəli rabitədən faydalanaraq, Blackberry® smartfonları vasitəsilə e-mail və internet, telefon zəngləri, SMS-mətn və SMS-şəkil, multimedia əlavələrindən istifadə edə, həmçinin iş və asudə vaxt üçün lazım olan bir sıra digər əlavələrdən faydalana bilərlər.

"Bakcell öz şəbəkəsini genişləndirib və öz müştərilərinə yeni məhsullar və xidmətlər təklif etmək üçün öz platformasını zənginləşdirir. Blackberry® xidməti Bakcell-i ən üstün mobil rabitə operatoruna çevirmək üçün atılan növbəti bir addımdır", - fevralın 9-da Bakıda Hyatt Regency otelində keçirilmiş tədbirdə Bakcell-in baş direktoru İneke Botter bildirib.

İlkin mərhələdə Bakcell öz müştərilərinə Blackberry®Curve™8900 və BlackBerry® Bold™ 9000 smartfonlarını və onların vasitəsilə Blackberry®Enterprise Server və Blackberry®Internet Service xidmətlərini təklif edir.

Mərasim zamanı Bakcell həmçinin, ən dəyərli müştəriləri üçün yeni eksklüziv "Bakcell Yaqut" klubunu da təqdim edib. "Bakcell iki milyon abunəçisinin hər birinə ən yüksək dəyər verir. Lakin "Bakcell Yaqut"u yaratmaqla biz uzun illərdir ki, Bakcell-ə sadiq olan müştəriləri mükafatlandırmaq istəyirik", - "Bakcell Yaqut" barədə Bakcell-in baş direktoru deyib.

"Bakcell Yaqut"un üzvü olmaqla, şirkətə sadiq müştərilər üçün müxtəlif güzəştlər, o cümlədən yüksək təcrübəyə malik Müştəri xidmətləri agentlərindən ibarət xüsusi komanda tərəfindən xidmət, bütün Bakcell Müştəri mərkəzlərində ən yüksək və üstün xidmət, mobil telefonlarında hətta 0 balans olduğu halda belə danışığı davam etdirmək imkanı (limitə qədər), bizim tərəfdaş brendlərdən eksklüziv və zövqlü təkliflər, pulsuz səyahət və tətil, dəbdəbəli mobil telefonlar və müxtəlif tədbirlərə VIP biletlər və s. qazanma şansı təklif ediləcək.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini iki dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Blackberry və "Bakcell Yaqut", həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.bakcell.com-a daxil olaraq və ya 555-ə zəng edərək öyrənmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə və ya www.bakcell.com saytına daxil olmaqla Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti