...

"Ultra" şirkəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində HRM sisteminin tətbiqini başa çatdırıb

Telekommunikasiya Materials 24 İyun 2010 20:25 (UTC +04:00)
Azərbaycanın "Ultra" şirkəti İqtisadi İnkişaf Nazirliyində "HRM - kadrların idarə olunması" sisteminin tətbiqi prosesini artıq başa çatdırıb.
"Ultra" şirkəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində HRM sisteminin tətbiqini başa çatdırıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycanın "Ultra" şirkəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində "HRM - kadrların idarə olunması" sisteminin tətbiqi prosesini artıq başa çatdırıb. Bu barədə şirkətin məlumatında deyilir.

Bu sistem nazirlikdə tətbiq olunan "Megapolis DocNet" elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.

"HRM - kadrların idarə olunması" sisteminin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə olunub:

- kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;

- əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;

- əmrlərin və əmək müqavilələrinin şablon əsasında avtomatik yaradılması;

Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;

- ştat cədvəli üzrə hesabatların formalaşdırılması;

- personalla əlaqədar hesabatların formallaşdırılması.

Sistem bir neçə moduldan ibarətdir ki, bu da təşkilatda kadrların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanları təmin edir.

Xəbər lenti

Xəbər lenti