...

Azərbaycanın sistem inteqratoru AFFA-da ERP sistemini tətbiq edir

Telekommunikasiya Materials 31 Avqust 2010 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın sistem inteqratoru "Gamma Corporation" "HansaWorld Enterprise" müəssisəsinin idarəetmə sistemini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) tətbiq edir. Bu barədə Trend-ə çərşənbə axşamı "Gamma Corporation" şirkətinin kommersiya məsələləri üzrə direktoru Mirpaşa Mahmudov bildirib.

Mahmudovun sözlərinə görə, layihənin həyata keçirilməsi başaçatma mərhələsindədir və indi şirkətlə arxiv məlumatlarının və mühasibat, anbar uçotunun, eləcə də alış modullarının yaradılması üzrə işlər aparılır.

"HansaWorld Enterprise" sistemi maliyyə, alış, əsas vəsaitlər və hesabat verməli olan şəxslərin idarə olunmasını avtomatlaşdırmağa imkan verəcək. AFFA-nın əməkdaşları dünyanın istənilən nöqtəsindən korporativ informasiya sisteminə girə biləcəklər.

Sistem real vaxt rejimində işləyən quraşdırılmış veb-mexanizmə malikdir. Ondan istifadə veb-sayta, internet-mağazaya və ya korporativ portala dəyişiklilər yaratmağa və operativ surətdə daxil etməyə imkan verir. Ofisdən kənarda mobil telefon və noutbukdan istifadə etməklə, sistemlə internet vasitəsilə tam işləmək olar. "HansaWorld" sistemlərində Skype internet-telefoniya və IP-telefoniya ilə inteqrasiya kimi texnoloji imkanlar mümkündür, eləcə də "HansaWorld" vahid şəbəkədə Windows, Unix, Mac OSX əməliyyat sistemlərinin istənilən kombinasiyasında uğurla fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti