...

Azərbaycanda internet-köşklərin kiçik partiyalarla istehsalı az tələbatla əlaqədardır - KÜR

Telekommunikasiya Materials 15 Sentyabr 2010 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda internet-köşklərin kiçik partiyalarla istehsal olunması onlara olan az tələbatla əlaqədardır. Bu barədə Trend-ə kompüter texnikası istehsal edən "KÜR" zavodunun baş direktoru Rizvan Osmanov deyib.

Osmanovun sözlərinə görə, indi "KÜR" zavodu onları başqa təyinat üçün istifadə edəcək özəl strukturdan 10 internet-köşkün tədarükü ilə bağlı sifariş alıb.

Əvvəllər Osmanovun bildirdiyinə görə, internet-köşk müstəqil operator kimi fəaliyyət göstərməlidir və bununla əlaqədar hüquqi məsələlərin həll edilməsi zərurəti yaranır. İnternet-köşklərin quraşdırılma məsələsi baxılması üçün Nazirlər Kabinetinə verilib və müvafiq qaydalar müəyyənləşdirildikdən sonra bu qurğular paytaxtın ictimai yerlərində quraşdırılacaq. Bu qurğuların quraşdırılması üçün özünü iqtisadi cəhətdən doğruldan yerlər təhsil müəssisələri, biznes-mərkəzlər, vağzal, aeroportun gözləmə zalları və avtobus dayanacaqlarıdır.

Hazırda internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur. Muxtar qurğular WiMAX texnologiyası üzrə 1 Mbit/s sürətində yüksəksürətli internet şəbəkəsinə qoşulub. Qurğular istifadəçiyə terminal vasitəsilə tapılan məlumatı çap etdirməyə imkan verən printerlərlə təchiz olunub.

Yaxın günlərdə bu qurğular Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və "Park Bulvar" ticarət-əyləncə mərkəzində quraşdırılacaq.

İstifadəçinin tələbatından asılı olaraq, internet-köşklər internet şəbəkəsinə çıxış üçün müvafiq portlarla (Wi-Fi, WiMAX, LAN və s.), 0,05, 0,1, 0,2 və 0,5 manat nominallı pulların qəbul edilməsi üçün qurğularla təmin ediləcək.

İnternet-köşklərin işinin rahatlığı istifadəçi və internet şəbəkəsi arasında birləşdirici halqa olan internet-brauzerlə təmin edilir. Terminalda məlumatların daxil edilməsi internet-köşklərdə təhlükəsizliyi təmin etmək üçün sındırılmaya dözümlü klaviaturaların köməyi ilə həyata keçirilir.

"KÜR"ün proqnozlarına görə, internet-köşklər şəbəkəsinin quraşdırılmasına şirkətlərin investisiyaları onların yerləşməsindən asılı olaraq, 3-8 ay ərzində öz xərclərini ödəyə bilərlər.

Xəbər lenti

Xəbər lenti