...

Bakı Metropoliteni metroda gediş üçün mobil telefonla yeni ödəniş vasitəsini təqdim edib

Telekommunikasiya Materials 17 Sentyabr 2010 19:12 (UTC +04:00)
Bakı Metropoliteni metroda gediş üçün yeni ödəniş vasitəsi tətbiq edib. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.
Bakı Metropoliteni metroda gediş üçün mobil telefonla yeni ödəniş vasitəsini təqdim edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir H.Vəliyev/

Bakı Metropoliteni metroda gediş üçün yeni ödəniş vasitəsi tətbiq edib. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Tanrıverdiyevanın sözlərinə görə, metroda gediş üçün elektron balansın alınması vəsaitlərin abonentin mobil hesabından köçürülməsini nəzərdə tutur.

Layihə "Mobisky" şirkəti ilə birlikdə həyata keçirilir.

"Mobisky" şirkətindən bildirdiklərinə görə, xidmətdən "Azercell" simsiz rabitə operatorunun abonentləri istifadə edə bilərlər.

"Azercell" şəbəkəsinin abonentləri gedişin ödəniş imkanı üçün bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə 9905 nömrələrinə boş SMS göndərməlidirlər. Bir gedişin haqqı 99, üç gedişin 295, beş gedişin isə 490 konturdur.

SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olur. Bundan sonra ştrix-kod istifadə üçün aktiv olur. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gedişi ödəmiş olur.

Hazırda "Mobisky" şirkəti metronun "Elmlər Akademiyası" stansiyasında iki hesablayıcı qurğu quraşdırıb. Yaxın yarım ay ərzində hesablayıcı qurğularla Bakı Metropoliteninin bütün stansiyaları təmin olunacaq. Bu, xidmətdən kütləvi surətdə istifadəyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti