...

Azərbaycanın mobil rabitə operatoru "Azercell" öz şəbəkə istifadəçiləri üçün yeni aksiyaların keçirilməsini elan edib

Telekommunikasiya Materials 12 Oktyabr 2010 16:42 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC öz şəbəkə istifadəçiləri üçün "2 saniyə=1 kontur" və "Köhnə dost yeni dostdan yaxşıdır" adı altında yeni aksiyanın keçirilməsini elan edib. Bu barədə çərşənbə axşamı şirkətdən verilən məlumatda deyilir.
Azərbaycanın mobil rabitə operatoru "Azercell" öz şəbəkə istifadəçiləri üçün yeni aksiyaların keçirilməsini elan edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC öz şəbəkə istifadəçiləri üçün "2 saniyə=1 kontur" və "Köhnə dost yeni dostdan yaxşıdır" adı altında yeni aksiyanın keçirilməsini elan edib. Bu barədə çərşənbə axşamı şirkətdən verilən məlumatda deyilir.

"2 saniyə=1 kontur" kampaniyası həm yeni abunəçilər, həm də öz nömrələrini bərpa edən abunəçilər üçün nəzərdə tutulub. Kampaniya il ərzində ölkə daxilində bütün istiqamətlərdə "2 saniyə=1 kontur" tarifi üzrə danışmağa, həmçinin, MMS/İnternet xidmətinə 50 faizli endirim əldə etməyə imkan verəcək. "2 saniyə=1 kontur" kampaniyası 2011-ci il yanvarın 12-dək qüvvədədir.

"Köhnə dost yeni dostdan yaxşıdır" kampaniyası aktiv olmayan "SİM-kart"lar üçün nəzərdə tutulub ki, o da "3 saniyə=bir kontur" tarifi ilə ölkə daxilində bütün istiqamətlərdə danışmağa, həmçinin, MMS/İnternet xidmətlərinə 50 faizli endirim və ölkədaxili zənglər üçün 25 dəqiqə (500 kontur) qazanmağa imkan verəcək.

"Köhnə dost yeni dostdan yaxşıdır" kampaniyası 2010-cu il oktyabrın 12-dən 2011-ci il yanvarın 12-dək qüvvədədir.

Kampaniya çərçivəsində təqdim olunan bonus və endirimlərin istifadə müddəti  6 aydır.

Çıxış xətti sentyabrın 27-dək bağlı olan "SimSim" abunəçiləri istənilən nominallı "SimSim" danışıq kartını yükləməklə kampaniyada iştirak edə bilərlər. Pulsuz dəqiqələrin istifadə müddəti 7 gündür.

Xəbər lenti

Xəbər lenti