...

Daha bir "Azercell Ekspres" ofisi fəaliyyətə başladı (FOTO)

Telekommunikasiya Materials 17 Yanvar 2011 16:50 (UTC +04:00)
Yeni "Azercell Ekspres" ofisi "one stop shopping" konsepsiyası ilə xidmət göstərəcək.
Daha bir "Azercell Ekspres" ofisi fəaliyyətə başladı (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Yeni "Azercell Ekspres" ofisi "one stop shopping" konsepsiyası ilə xidmət göstərəcək.

Daim müştərilərinin rahatlığını düşünən "Azercell Telekom" MMC daha bir "Azercell Ekspres" ofisini abonetlərinin ixtiyarına verib.

Artıq ötən gündən etibarən şirkətin Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllə, ev 7 ünvanında yeni AzEx ofisi fəaliyyətə başlayıb. Ofis həftədə 6 gün fəaliyyət göstərərək "Azercell" abonetlərinə xidmət edəcək.

Yeni açılan "Azercell Ekspres" ofisinin konsepsiyasının əsasını da bir nöqtədə üç xidmət təşkil edir. Yəni istənilən abonent "Azercell Ekspres" ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

"Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "one stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir.

Hazırda ölkə üzrə 31 "Azercell Ekspres" ofisi fəaliyyət göstərir. Bu ofislərin 19-u bölgələrdə yerləşir.

Azərbaycanda qeyri-neft sektorunun lider şirkəti olan "Azercell" bundan sonra da paytaxtda və regionlarda "Azercell Ekspres" ofislərinin sayını artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti