...

"İntellektual şəhər" şirkəti fəaliyyətə başlayıb

Telekommunikasiya Materials 2 Mart 2011 14:53 (UTC +04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "İntellektual şəhər" şirkətinin açılış mərasimi olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "AG Telekom" şirkətindən (KATV1 brendinin sahibi) bildirilib.
"İntellektual şəhər" şirkəti fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "İntellektual şəhər" şirkətinin açılış mərasimi olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "AG Telekom" şirkətindən (KATV1 brendinin sahibi) bildirilib.

Şirkət rəqəmsal kabel televiziyası xidməti göstərir, yaxın zamanlarda internet xidmətinin də göstərilməsi nəzərdə tutulur.

Açılış mərasimində "AG Telekom" və "Smart Systems Technology" MMM şirkətlərinin rəhbərliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi, Azərbaycan Kabel Operatorları Assosiasiyasının nümayəndələri, həmçinin informasiya texnologiyaları və telekommunikasiya sahəsinin tanınmış nümayəndələri iştirak edib.

"İntellektual şəhər" şirkəti hazırda İçərişəhər sakinlərinə rəqəmsal kabel televiziyası xidməti göstərir, yaxın zamanlarda şirkətin xidmətlərindən istifadə edərək yüksəksürətli internetdən faydalanmaq mümkün olacaq.

Gələcəkdə şirkət dünyanın yeni texnologiyalarını tətbiq edərək, İçərişəhər sakinləri və ziyarətçilərinə multimedia və telekommunikasiya xidmətləri göstərəcək.

Açılışda içtirak edən "AG Telekom" şirkətinin prezidenti Samir Qurbanov kabel çəkilişindən əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları, memar və tarixçilərlə məsləhətləşmələr aparıldığını bildirib. Görülən işlər zamanı heç bir abidəyə zərər dəymədiyini xüsusilə qeyd edib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbəri Mikayıl Cabbarov görülən işlərin keyfiyyətini yüksək qiymətləndirərək öz təşəkkürünü bildirib.

"İntellektual şəhər" şirkəti İçərişəhər, Asəf Zeynallı küçəsi, 31/33-də yerləşir. Telefon nömrəsi: 510 95 55.

Xəbər lenti

Xəbər lenti