...

Azərbaycanda genişzolaqlı qoşulmaların artması internetin qiymətinin azalmasına səbəb olacaq

Telekommunikasiya Materials 7 Mart 2011 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir H.Vəliyev/

Genişzolaqlı qoşulmaların sayının artması internet qiymətlərinin gələcəkdə azalmasını stimullaşdıra bilər. Bu barədə Trend-ə bazar ertəsi "Delta Telecom" şirkətinin (ilkin provayder) texniki direktoru Rahid Ələkbərli deyib.

Ələkbərlinin sözlərinə görə, hazırda Azərbaycanda internet tarifləri normal səviyyədədir. Genişzolaqlı qoşulmalara kütləvi keçid şirkətə qiymət siyasətinə yenidən baxmağı stimullaşdıra bilər.

"Tərəfimizdən internet qiymətlərinin son dəfə azaldılması internet-provayderlərin göstərdikləri xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdi. Biz gözləyirik ki, bu proses son istifadəçilərə çatsın. Qiymət siyasətində bizim dəstəyimiz o halda ola bilər ki, internet istifadəçilərinin əksər hissəsi kommutasiya edilən Dial up-dan genişzolaqlı qoşulmalara keçsinlər. Bu, trafikdən istifadənin artmasına təsir göstərəcək. Biz isə öz növbəmizdə ölkəyə daxil olan trafikin daha əlverişli şərtlərlə artması üçün lazımi şərait yaratmaq barədə düşünək. Bu, bilavasitə internet tariflərinə təsir göstərəcək", - Ələkbərli qeyd edib.

Hazırda AzNET seqmentinin ümumi tutumu 40 Gbit/saniyəyə çatır. Bunun yalnız 40 faizi yüklənib. Bu, genişzolaqlı internetin aşağı səviyyəli nüfuzu, eləcə də Ələkbərlinin əvvəllər dediyi kimi, internet-servis-provayderlər və son istifadəçilər arasında yaradılan infrastuktur çatışmazlığı ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti