...

Azərbaycan Rabitə Nazirliyinin əməkdaşları Ağdam rayonunda rabitənin təşkilinə baxış keçiriblər

Telekommunikasiya Materials 9 İyun 2011 18:17 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir.
Azərbaycan Rabitə Nazirliyinin əməkdaşları Ağdam rayonunda rabitənin təşkilinə baxış keçiriblər

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən düşmənlə üzbəüz təmas xəttində yerləşən rayonlarda telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının, internet xidmətlərinin günün tələbləri səviyyəsində təşkili üçün tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sərhəd bölgələrində əhalinin rabitə xidmətlərinə, radio və televiziya yayımına olan tələbatının öyrənilməsi məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və nazirliyin müvafiq qurumlarının rəhbərləri Ağdam rayonunun Quzanlı qəsəbəsi, Qaradağlı, Marızlı, Rzalar, Çəmənli, Xındırıstan kəndlərində rabitənin təşkilinə baxış keçiriblər.

Quzanlıda yeni "Rabitə evi"nin tikintisi, qeyd olunan yaşayış məntəqələrində rabitə xidmətlərinin göstərilməsi vəziyyəti, radio və televiziya yayımının səviyyəsinə dair təklif və rəylər Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun iştirakı ilə müzakirə edilib.

Yerlərdən verilmiş təkliflər və İH-də aparılmış müzakirə nəzərə alınaraq, telekommunikasiya, internet və poçt xidmətlərinin, radio-TV yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti