...

Azərbaycanın Aerokosmik Agentliyi peyk məlumatlarının emalı üçün proqram təminatını tətbiq edəcək

Telekommunikasiya Materials 9 İyul 2011 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Milli Aerokosmik Agentliyi ilin sonunadək aerofoto və peyk məlumatlarının emalı üçün "PCI Geomatica" proqram təminatını tətbiq etməyi planlaşdırır. Bu barədə Trend-ə agentliyin baş direktorunun müavini Tofiq Süleymanov məlumat verib.

Süleymanovun sözlərinə görə, hazırda Rusiyanın "Geo-Alyans" şirkəti ilə danışıqlar aparılır. Bu şirkət "PCI Geomatica" proqram təminatının rəsmi avtorizə olunmuş tədarükçüsüdür.

Kanadanın "PCI Geomatics" korporasiyası tərəfindən hazırlanmış "PCI Geomatica"dan Yer kürəsinin məsafədən zondla tədqiq edilməsi üzrə fotoqrammetrik məlumatlarının işlənməsi üçün və həmin məlumatlardan xəritəçəkmə, geoinformasiya layihələri və digər proqramlarda istifadə olunur.

Sistemin tətbiqi agentliyə zondla tədqiq edilmə zamanı peyklərdən alınan məlumatları emal etməyə imkan verəcək. "Geo-Alyans" Digital Globe/Hitachi Software, European Space Imaging, GeoEye, SPOT Image, Infoterra GmbH peyklərinin sahibi olan şirkətlərlə distribüter sazişinə malikdir, eləcə də ABŞ Geoloji Xidmətinin (USGS) tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti