...

Azərbaycanın Dövlət Radiotezliklər İdarəsi qeydiyyatdan keçməmiş 741 radioelektron vasitə aşkarlayıb

Telekommunikasiya Materials 5 Avqust 2011 13:10 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi yeddi ayın yekunlarına görə, 741 ədəd müxtəlif növ radioelektron vasitə aşkarlayıb.
Azərbaycanın Dövlət Radiotezliklər İdarəsi qeydiyyatdan keçməmiş 741 radioelektron vasitə aşkarlayıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi yeddi ayın yekunlarına görə, 741 ədəd müxtəlif növ radioelektron vasitə aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə idarənin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, DRİ 437 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib.

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin ümumi sayından 293 ədədi möhürlənib, istismardan çıxarılıb, 227 ədədi qeydiyyata salınıb, 221 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 65 protokol yazılıb. Onların əsasında müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti