...

"Kaspian Telekom" MMC korporativ telekommunikasiya bazarında tamamilə yeni xidmətlər təklif edir

Telekommunikasiya Materials 5 Sentyabr 2011 12:32 (UTC +04:00)
Azərbaycanın ən qabaqcıl provayder şirkətlərindən biri olan "KaspianTelekom" MMC şirkəti öz fəaliyyətində yüksək texnologiyalardan istifadə edərək korporativ müştərilərə ən son texnologiya bazasında xidmətlər təqdim edir.
"Kaspian Telekom" MMC korporativ telekommunikasiya bazarında tamamilə yeni xidmətlər təklif edir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycanın ən qabaqcıl provayder şirkətlərindən biri olan "KaspianTelekom" MMC şirkəti öz fəaliyyətində yüksək texnologiyalardan istifadə edərək korporativ müştərilərə ən son texnologiya bazasında xidmətlər təqdim edir. "Caspian Telekom" MMC Azərbaycan Respubkikası ərazisində fəaliyyət göstərən informasiya texnologiyaları və telekommunikasiya sahəsində qabaqcıl provayder şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaranıb və bu tarixdən etibarən bütün növ data xidmətlərini təqdim edir.

Hazırda CASTEL şirkəti "Ailə TV" şirkətlər şəbəkəsinə daxildir və bunun nəticəsində artıq şirkət, tamamilə yenidən qurulmuşdur. Belə ki, məhz 2010-cu ildə şirkət "Ailə TV" kabel operator televiziyasının tərkib hissəsinə çevriləndən sonra "Caspian Telekom MMC"-də ciddi və əhəmiyyətli islahat aparılıb, şirkətin göstərdiyi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində kompleks islahatlar həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq şirkətdə tam struktur dəyişikliyi baş verib və CASTEL şirkəti tərəfindən göstərilən xidmətin səviyyəsi daha da yüksəlib. Məhz "Ailə TV" şəbəkəsinə daxil olmağın nəticəsi olaraq hazırda CASTEL şirkəti Bakı şəhəri ərazisində və ölkənin müxtəlif regionlarında ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan telekom şirkətlərindən birinə çevrilib.

Dövlət və özəl sektora xidmət göstərən şirkət bir sıra dövlət idarələrinə və həmçinin qabaqcıl kommersiya banklarına və onların təşkilatlarına onların tam ehtiyaclarını ödəyən xidmətlər təklif edir. "Ailə TV"-nin Bakı şəhərində ən inkişaf etmiş texnologiyaya malik olan fiber-optik mərkəzinə qoşulmuş CASTEL şirkəti bu texnologiya bazasında ən sürətli internet texnologiyalara söykənən xidmətləri göstərir ki, bu da korporativ müştərilərin ehtiyaclarını ödəyir. Bildirmək lazımdır ki, şirkətin korporativ müştərilərə, xüsusilə də banklara göstərdiyi xidməti fərqli edən cəhətlər ən son texnoloji avadanlıqların istifadəsi, "Ailə TV" şəbəkəsinin malik olduğu fiber-optik texnologiya bazasında fəaliyyət və bütün sistemin fiber-optik mərkəzə çıxışının olmasıdır. Bunun nəticəsi olaraq CASTEL şirkəti bu gün bir çox banklara yüksək sürətli LAN/WAN/VPN və internet xidmətləri göstərir. Xüsusi qeyd etmək lazımdır ki, CASTEL şirkəti Azərbaycanda rəsmi SWİFT partnyoru kimi həm transmissiya xidmətini həm də tam dəstək xidmətlərini, təklif edir ki, bunlar da şirkətdə çalışan sertifikatlaşmış personalın SWIFTin dəstəyi üzrə ən son tədrislərdən keçirilməsi nəticəsində ölkədaxili xidmətlər göstərməyə tam imkan yaradır.

Şirkətin təklif etdiyi digər xidmətlər aşağıdakılardır: Fiber-optik bazada sürətli internet; fiber-optik xəttlər və Ethernet; virtual özəl şəbəklərin quraşdırılması (VPN); İP telefoniya; Video müşahidə; Şəbəkə təhlükəsizliyi; Şəbəkə monitorinqi.

"Ailə TV"-nin bir hissəsi olan CASTEL şirkəti telekommunikasiya avadanlığı və müxtəlif proqram təminatının Azərbaycanda satışını və təminatını həyata keçirir.

"Caspian Telekom" MMC Azərbaycan Respubkikası ərazisində fəaliyyət göstərən informasiya texnologiyaları və telekommunikasiya sahəsində qabaqcıl provayder şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaranıb və bu tarixdən etibarən bütün növ data xidmətlərini təqdim edir.

Xəbər lenti

Xəbər lenti