...

Azərbaycanda proqramçılar məktəbi açılıb

Telekommunikasiya Materials 19 Dekabr 2011 15:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) proqramçılar məktəbi fəaliyyətə başlayıb.
Azərbaycanda proqramçılar məktəbi açılıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) proqramçılar məktəbi fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTİ-nin məlumatında deyilir.

"InfoMAS" informasiya texnologiyaları üzrə mütəxəssislər assosiasiyası ilə birgə həyata keçirilən layihənin əsas məqsədi bu gün böyük tələbat olan İT sahəsində istedadlı proqramçıları aşkar etməkdir.

Dərslərdə informatika, kompüter şəbəkələri və texnologiyaları, alqoritmlər üzrə biliklər verilir, proqramlaşdırma dili tədris edilir.

Layihənin əsas vəzifəsi Azərbaycanın sənaye proqramının formalaşdırılması, proqram mühəndisliyi üzrə kadrların yetişdirilməsidir.

MDB-də lisenziya proqram təminatının distribüteri "Softprom" şirkətinin bu yaxınlarda dərc edilən analitik hesabatında qeyd edilir ki, 2011-ci il ərzində Azərbaycanın proqram bazarının satış həcmi 15 milyon dollara çatıb.

MDB üzrə ümumi bazar həcmində Azərbaycan bazarının payı 0,4 faiz təşkil edir. 2011-ci ildə Azərbaycanın proqram təminatı bazarında artım 25 faiz, adambaşına düşən proqram təminatı satışının həcmi isə 1,3 dollar təşkil edib. Bu rəqəm orta dünya göstəricisi olan 43 dollardan xeyli azdır. Buna baxmayaraq. "Softprom" analitiklərinin fikrincə, belə mütənasiblik onu göstərir ki, Azərbaycaınn və MDB-nin digər ölkələrinin proqram təminatı bazarı yaxın illərdə xeyli artacaq.

Xəbər lenti

Xəbər lenti