...

Azərbaycanın poçt operatorunun filialları kütləvi ödəniş sisteminə çıxış əldə edib

Telekommunikasiya Materials 9 Yanvar 2012 11:12 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə (APUS) birləşdirilib.
Azərbaycanın poçt operatorunun filialları kütləvi ödəniş sisteminə çıxış əldə edib

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə (APUS) birləşdirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Bütün respublika üzrə operatorun APUS sisteminə qoşulmuş poçt şöbələrinin ümumi sayı 800 ədədə çatır.

APUS sistemi Azərbaycan Mərkəzi Bankının klirinq sistemi ilə sıx əlaqədədir və SMA şirkətinin BCS/X pərakəndə ödənişlərin hesablama-klirinq sisteminə əsaslanır.

Sistem bankın və Azərpoçt-un bütün filiai və şöbələrində kommunal, telefon və digər borcların ödənilməsinə imkan verir. Ödənişlərin qəbulu habelə internet şəbəkəsi və eləcə də sistemə qoşulmuş bankomatlar vasitəsilə həyata keçirilir.

APUS sisteminin əsas vəzifəsi istehlakçıların kommunal xidmətlərdə bağlı onların borcları barədə məlumatlandırmaq, eləcə də ödənişlərin müxtəlif və asan mexanizmlərindən istifadə etməklə xidmətlərə görə hesabların ödənilməsini həyata keçirməkdir.

Xəbər lenti

Xəbər lenti