...

Rusiyanın innovasiya mərkəzi Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Telekommunikasiya Materials 16 Fevral 2012 17:46 (UTC +04:00)
"Skolkovo" İnnovasiya Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Rusiyanın innovasiya mərkəzi Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

"Skolkovo" İnnovasiya Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə elmi-texniki sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTİ-nin məlumatında deyilir.

Bu məsələ Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin və nümayəndəliyin baş mütəxəssis-eksperti Dmitri Akulenko ilə institut rəhbərliyinin görüşü çərçivəsində müzakirə olunub.

Tərəflər iki ölkə arasında İKT sahəsində əməkdaşlığı, innovasiya layihələrinin təşkilini və beynəlxalq əlaqələrin inkişafını müzakirə ediblər.

"Skolkovo" bir çox istehsalatlar üçün yeni texnologiyaların hazırlanması və müxtəlif tədqiqatların aparılacağı elmi mərkəz olacaq.

Xəbər lenti

Xəbər lenti